Bakıda maraqlı hadisə baş verib.
Belə ki, avtobusların birində sürücü ağlayan körpəni sakitləşdirmək üçün öz qucağına götürüb.
Sosial şəbəkələrdə geniş yayılan və cəmiyyət tərəfindən maraqla qarşılanan bu videoda qeyd edilib ki, körpənin anası onu sakitləşdirməyə çalışsa da alınmayıb. Bu zaman avtobus sürücüsü öz köməyini əsirgəməyib.
Məsələ ilə bağlı açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev qeyd edib ki, görüntülər 2 fevralda “BakuBus” MMC-nin müvəqqəti istismarında olan 13 nömrəli marşrut xətti üzrə avtobusda çəkilib:
“Avtobus dayanacaqda olan vaxt sürücü Oqtay Novruzov körpənin dayanmadan ağladığını görüb və valideynlərinin icazəsi ilə onu sakitləşdirmək üçün qucağına alıb. Yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlığın olduğunu nəzərə alaraq, sürücü qısa müddət ərzində körpəni sakitləşdirərək valideynlərinə verib. Körpəyə həssas yanaşması sürücünün 6 övladının olmasından irəli gəlir”.
Qeyd edilib ki, sürücü Oqtay Novruzov işinə daim peşəkar yanaşması ilə fərqlənib:
“O, 2017-ci ildə epilepsiya keçirən sərnişinə ilk tibbi yardım göstərərək onun həyatını xilas edib”.
Həmin görüntüləri təqdim edirik:
View this post on Instagram
"BakuBus MMC" teqi üzrə xəbərlər
- Xırdalanda təhlükəli qazıntı iddiası: "BakuBus" evlərdən cəmi yarımmetr aralıda iş aparır - Foto
- Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - Açıqlama
- Sərnişinləri yarı yolda qoyan tiktoker sürücünün qalmaqalının səbəbi bilindi - Video
- Bakıda avtobusu sürməkdən imtina edən tiktoker sürücü işdən çıxarıldı - Rəsmi
- Qarabağda avtobus parkı yenilənir: 18 milyon manatlıq layihə icra olunacaq
Digər xəbərlər