Gəncədə yük avtomobili "BakuBus"a məxsus avtobusla toqquşub.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin Cavadxan qəsəbəsində baş verib.
Belə ki, "BakuBus"a məxsus sərnişin avtobusu iritonnajlı yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.
Xatırladaq ki, bu gün "BakuBus"a məxsus daha bir avtobus da qəzaya düşüb.
Faktla bağlı araşdırma aparılır.
Yusuf Məmmədli
Qaynar xətt:
(055) 224 12 12