Bakıda 65 saylı avtobusda gənc oğlanla qadın arasındakı mübahisə davaya çevrilib.
Oxu.Az-ın xəbərinə görə, hadisənin videosu sosial şəbəkələrdə yayılıb.
Mübahisə qadının oğlana düzgün əyləşməməsinə görə irad bildirdikdən sonra başlayıb.
Tərəfləri ayırmaq üçün digər sərnişinlər davaya müdaxilə ediblər.
Hadisə zamanı gəncə irad bildirən yaşlı qadın və iki qoca kişi də onun hücumuna məruz qalıb.
İnsidentin görüntülərini təqdim edirik: