Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda avtomobilin aşması ilə nəticələnən qəzanın detalları MƏLUM OLDU
Bakı şəhəri, Azadlıq prospektində baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı şəhəri Dövlət Yol Polisi İdarəsində məlumat verilib.
Bildirilib ki, hadisə nəticəsində iki avtomobil toqquşub:
"Fevralın 18-i saat 21:30-da Bakı şəhəri, Azadlıq prospekti və Mirəsədulla Qasımov küçəsinin kəsişməsində 77-PL-331 dövlət nömrə nişanlı "Nissan Note" markalı avtomobil ilə 77-UX-573 dövlət nömrə nişanlı "Toyota Corolla" markalı avtomobil toqquşub. Hadisə nəticəsində iki nəfər xəsarət alıb".
Bakı şəhəri, Azadlıq prospektində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son durumu açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, qəza zamanı xəsarət alan iki nəfər tibbi yardım göstərildikdən sonra evə buraxılıb:
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə fevralın 18-də saat 21:30-da Nəsimi rayonu, Azadlıq prospekti ərazisindən çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcil tibbi yardım briqadası tərəfindən iki nəfər (qadın cinsli) müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Onlar zəruri müayinələrdən keçirilib, tibbi yardım göstərdikdən sonra evə buraxılıblar".
Bakının mərkəzi küçələrinin birində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.
Belə ki, hadisə axşam saatlarında, paytaxtın Azadlıq prospektində qeydə alınıb.
Qəza zamanı avtomobil aşıb. Hadisə nəticəsində iki qadının xəsarət aldığı bildirilib.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanlanıb.
Aygün Mirakif
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Binəqədidə baş verən dəhşətli qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI
- Paytaxtda yük maşını işıqfora çırpıldı - ANBAAN GÖRÜNTÜLƏR
- Ağdamda AĞIR QƏZA: Ölən və xəsarət alanlar var
- Ötən il Azərbaycanda yol-nəqliyyat hadisələri nəticəsidə 800-ə yaxın insan ölüb
- Füzulidə avtomobil traktorla toqquşub, iki yaşlı uşaq ölüb