Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Narkotik istifadəçisi sakinləri narahat edir: "Uşaqlarımızın təhlükəsizliyi risk altındadır"
Bakı şəhəri, Yasamal rayonunda narkomanlar bina sakinlərinin haqlı narahatlığına səbəb olur.
Oxu.Az xəbər verir ki, Cəfər Cabbarlı küçəsi, 8 ünvanında yerləşən binanın sakinləri narkotikdən istifadə edən bir gəncin xeyli vaxtdır ki, binanın blokunda məskunlaşdığını qeyd ediblər.
Bina sakinlərinin sözlərinə görə, bu gənc blokda gecələməkdən əlavə, həm də təbii ehtiyaclarını blokda ödəyir.
"Buna bir tədbir görülməlidir. Hər gün uşaqlarımız dərsə gedir, dərsdən gəlir. Hər dəqiqə uşağın yanında olmaq mümkün deyil", - deyə bina sakini bildirib.
Məsələ bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Lumu İsrəfilli bildirib ki, dilənçilik, tüfeyli həyat tərzi sürən şəxslərin profilaktikası polis orqanları tərəfindən daim diqqət mərkəzində saxlanılır.
"Dayanacaqlarda, park və xiyabanlarda, insanların sıx toplaşdığı digər ictimai yerlərdə dilənçilik, tüfeyli həyat tərzi sürən şəxslərlə profilaktik iş aparılır. Bununla yanaşı, aidiyyəti dövlət qurumları ilə birgə onların müvafiq sığınacaqlara yerləşdirilməsi təmin olunur.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır. Tüfeyli həyat tərzi keçirən şəxs barəsində ərazi üzrə polis əməkdaşları tərəfindən lazımi tədbirlər görülür", - deyə DİN rəsmisi vurğulayıb.
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Sumqayıt sakinləri 12A və 30 nömrəli marşrut avtobuslarından ŞİKAYƏTÇİDİRLƏR
- Vətəndaşlar 594 nömrəli marşrut üzrə avtobus tapmaqda çətinlik çəkirlər - AYNA tapşırıq verib
- Ələt-Hacıqabul yolunda sürücülər üçün TƏHLÜKƏLİ VƏZİYYƏT
- Abşeronun Şəfəq qəsəbəsində kommunal problem: Binanın zirzəmisini su basıb
- Müəllimdən şikayət: "Hər il imtahan verməkdən bezdik"