Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.
1997-ci il təvəllüdlü Bəhərçinov Həsən Bəhrəm oğlu idarə etdi “Ravon” markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman qəfil qarşısına üç piyada çıxıb. O, idarəetməni itirərək yol kənarındakı bir neçə yol nişanının dirəklərinə çırpılıb.
Qəza nəticəsində yol nişanları yararsız hala düşüb.