"Nizami rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi bu gün saat 15:37-də R.Rüstəmov və Məhsəti Gəncəvi küçələrinin kəsişməsində qeydə alınıb".
Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Rüstəm Əhmədli deyib.
"90-MT-413 dövlət nömrə nişanlı "Tofaş Şahin" markalı minik avtomobili ilə 90-LK-010 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Hadisə nəticəsində "Tofaş Şahin"nin sürücüsüz Arif Məmməd oğlu Həsənov xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır", - deyə R. Əhmədli bildirib.
Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində qeydə alınıb.
Belə ki, "Tofaş Şahin" markalı avtomobillə "Land Rover Discovery" markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.
Xəsarət alanların olub-olmaması ilə bağlı məlumat yoxdur. Aidiyyəti dövlət qurumuna informasiya sorğusu ünvanlanıb.
Əzizə İsmayılova