Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bataqlığa dönən kəndin sakinləri yaşadıqları vəziyyəti danışdılar: "Belə müsibət görməmişdik"
Aprelin ortasında bir neçə gün aramsız yağan leysan Siyəzən rayonunun Böyük Həmyə kəndində fəsadlara səbəb olub.
Güclü yağıntılar nəticəsində yaranan sel suları sakinləri çətin vəziyyətə salıb. Bataqlığa dönən kəndin sakinləri yaşadıqları vəziyyəti Baku TV-yə danışıblar.
"Bizi evin pəncəsindən çıxartdılar. Sel qapını açmağa imkan vermədi. Tövləm dağıldı, mal-qaram tələf oldu. Belə müsibət görməmişdik", - zərərçəkən söyləyib.
Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Böyük Həmyə İƏD üzrə nümayəndəsi Rahib Məmmədovun sözlərinə görə, sel nəticəsində 220 sakin təxliyə edilib, 57 nəfər Siyəzən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Ətraflı süjetdə:

"Yağışın fəsadları" teqi üzrə xəbərlər
- Çində dağıdıcı yağışlar dağ daşqınları və geoloji fəlakətlərə səbəb olub
- Yardımlı Təhsil Sektorunun binası intensiv yağışlardan ZƏRƏR ÇƏKİB
- İntensiv yağıntılar Yardımlı Təhsil Sektorunun binasına ZİYAN VURDU
- Yağıntılı havalardan sonra kəskin istilər gəlir?
- Gəncədə güclü leysan həyatı iflic etdi: Küçələr və evlər su altında qaldılar