Bakının Xətai rayonunda, Zıx şossesində, H.Z. Tağıyev adına kombinatın yaxınlığında yanğın baş verib.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, Fövqaladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, yanğın “VAZ-2107” markalı “90-BJ-839” dövlət nömrə nişanlı ağ rəngdə avtomobilin mühərrik bölməsində baş verib.
Nəticədə avtomobil tamamilə yanıb.
Hadisə yerinə gələn FHN əməkdaşları yanğını söndürüb və ətrafa yayılmasının qarşısını alıb.
Xatırladaq ki, xalq arasında “nol yeddi” adlanan bu maşınlar daha çox “avtoşların” (avtoxuliqanlar – red.) arasında populyardır.