Suraxanı rayonunda uşaq tapılıb.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 4-də Suraxanı rayonunun Əmircan qəsəbə sakini Fərhad Cavadov 31-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək, həmin gün naməlum şəxsin onun qapısının qarşısına 1 yaşlı qız uşağını qoyub getdiyini bildirib.
Uşaq 8 saylı Uşaq Xəstəxanasına təhvil verilib.
Araşdırmalar aparılır.