İsveçrənin Sürix şəhərindəki zooparkda maraqlı görüntülər qeydə alınıb.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, filləri seyr edən sakinlərdən biri bala filin maraqlı görüntüsünü çəkib. Videodan da göründüyü kimi dərədən çıxmağa çalışan fil balası müvazinətini itirib. Omişe adlı balaca filin ana və atası isə həmin anda öz körpələrinə yardıma qaçıblar.
Ana və atasının yardımından sonra dikələn Omişe qəfəs içində oynamağa başlayıb.
Bu görüntülər sosial şəbəkədə yayımlandıqdan sonra isə insanlar arasında böyük marağa səbəb olub. Xüsusilə, Omişenin yıxıldığı zaman ana və ata filin eyni vaxtda körpələrinə yardımı insanların diqqətindən yayınmayıb. Fillərin “nsani” reaksiyası hər kəsi heyrətləndirib.