Bakıda keçirilən “Formula-1” Avropa Qran-prisinin ilə əlaqədar bağlanmış küçələrin əksəriyyəti iyunun 21-də səhər saatlarından etibarən nəqliyyatın hərəkəti üçün açılacaq.
Bakı Şəhər Halqası Əməliyyat şirkətindən Oxu.Az-a verilən məlumata görə, Hökumət Evinin ətrafında müvəqqəti olaraq quraşdırılmış tikililərin sökülməsi ilə əlaqədar Azadlıq meydanı ətrafında olan prospekt və küçələrdə nəqliyyatın hərəkəti üçün tətbiq olunan qadağa iyunun 22-dək qüvvədə qalacaq.
Bağlı qalacaq yolların siyahısı:
- Neftçilər prospektinin Rəşid Behbudov küçəsi ilə olan kəsişməsindən Aleksandr Puşkin küçəsi ilə olan kəsişməsinədək;
- Aleksandr Puşkin küçəsinin Neftçilər prospekti ilə olan kəsişməsindən Üzeyir Hacıbəyov küçəsi ilə olan kəsişməsinədək;
- Üzeyir Hacıbəyov küçəsinin Aleksandr Puşkin küçəsi ilə olan kəsişməsindən Azadlıq prospekti ilə olan kəsişməsinədək;
- Azadlıq prospektinin Üzeyir Hacıbəyov küçəsi ilə olan kəsişməsindən Zərifə Əliyeva küçəsinin Rəşid Behbudov küçəsi ilə olan kəsişməsinədək.
14:29
Bakı şəhəri ərazisində “Formula-1” yarışlarının keçirilməsi ilə əlaqədar olaraq bağlanan bəzi yollar bu gün saat 16:00-da açılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə “Report”-a Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.
Şöbə rəisi bildirib ki, hazırda Bakı şəhər halqasında hərəkət olduğu kimi qalır:
“Təşkilat Komitəsinin qərarına əsasən, bu gün bəzi yollar, yol qovşaqları və kəsişmələr açılacaq. Həmin küçələrdə avtomobillərin hərəkəti bərpa ediləcək. Lakin bəzi küçə və prospektlərin, əsasən Neftçilər prospekti isə sabah günün 1-ci yarasında açılacaq”, - şöbə rəisi deyib.