Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda baş verən ağır qəzada xəsarət alanların vəziyyəti necədir?
Dünən səhər saatlarında paytaxtın Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumatlara görə, 1 saylı Kliniki Tibbi Mərkəzdə stasionar şəkildə müalicə alan üç nəfərin, eləcə də 3 saylı Kliniki Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən 10 nəfərin vəziyyəti stabil ağır olaraq qalır.
3 saylı Kliniki Şəhər Xəstəxanasında palatalara yerləşdirilən 6 nəfərin durumu stabildir.
Qeyd edək ki, ötən gün baş verən ağır yol nəqliyyat hadisəsi zamanı beş nəfər həyatını itirib, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə müvafiq xəstəxanalara yerləşdiriliblər. Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü M.Əzizov həbs edilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Könül Cəfərli
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycan idmançılarının 2024-cü ildə əldə etdiyi uğurlar
- Xalqa xidmətə həsr olunmuş ömrün daha bir ili
- "Qalib lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar" konfransı keçirilib
- Rüstəm Minnixanov ulu öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
- "The Rıtz-Carlton Resıdences, Baku" Azərbaycanın paytaxtında təntənəli açılış edib
Rəylər