Fövqəladə Hallar Nazirliyi Bakıda tikilməkdə olan yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb.
Oxu.Az FHN-ə istinadən xəbər verir ki, yanğın Bakı şəhəri, Binəqədi rayonunda tikintisi başa çatmamış, hər mərtəbəsi 800 m² olan 12 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində baş verib.
Nəticədə mərtəbədə quraşdırılmış taxta qəliblər 480 m² sahədə yanıb. Taxta qəliblərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
21:07
Bakıda tikilməkdə olan çoxmərtəbəli yaşayış binasında baş verən yanğın tam lokallaşdırılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, inşa edilən binanın ümumi sahəsi 800 kv.m. olan yuxarı mərtəbəsində baş verən yanğın 600 kv.m. sahəni əhatə edib.
Yanğın nəticədə tikintidə istifadə olunan taxta konstruksiyalar (opalubka) yanıb. Mərtəbənin qalan hissəsini yanğından mühafizə olunub.
Yanğının söndürülməsinə 4 yanğınsöndürən briqadası cəlb edilib.
Hadisə zamanı xəsarət və ya tüstüdən zəhərlənmə halı qeydə alınmayıb.
Yanğının fəsadların tam aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
20:09
Fövqəladə Hallar Nazirliyi Bakıda tikilməkdə olan hündürmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb.
Oxu.Az xəbər verir ki, yanğın binanın yuxarı mərtəbəsində baş verib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.
19:24
Bakıda inşası tamamlanmamış binada güclü yanğın baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə xəbər yayılıb.
Görüntülərdə “Bolluq bazarı”nın yaxınlığında yerləşən binada yaşayışın olmadığını görmək olur.
Hadisə yerinə yanğın-mühafizə dəstələri cəlb olunub.