Martın 3-də axşam saatlarında Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 4 otaqlı mənzilin 2 otağı, dəhlizi və hamamın yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən binadan 15 nəfər sakin təhlükəsiz yerə təxliyyə olunub.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 21:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.