Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda binaların eyvanlarından paltar ipləri sökülür - VİDEO
Yasamal rayon İcra Hakimiyyəti şəhərin estetik görünüşünün pozulmaması üçün mərkəzi prospektlərdə yaşayan sakinlərə eyvanlardan paltar asmağı qadağan edib.
Oxu.Az-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, ötən gün rayon polis idarəsinin və ərazi üzrə mənzil istismar sahələrinin əməkdaşları bir neçə binada, evyanda paltar qurutmaq üçün asılan ipləri söküblər.
64 saylı Mənzil İstismar Sahəsinin rəisi Sədulla Abıyev bildirib ki, paltar iplərinin yığışdırılmasının səbəbi binaların ümumi görünüşünə xələl gətirilməsi ilə əlaqədardır.
Onun sözlərinə görə, paltarı qurutmaq üçün alternativ vasitələr var və bunlardan istifadə şəhərdə xoşagəlməz görüntünün qarşısını almaqda daha effektli olar.
Polis əməkdaşları Mikayıl Müşfiq küçəsində icazəsiz reklam lövhələrini də yığışdırıb. Həmin lövhələri qoyan obyekt sahiblərinə isə ciddi xəbərdarlıq edilib.
Rəylər