Bakıda bir ailənin yoxa çıxan üç üzvünün qaranlıq taleyinə polis az da olsa işıq saldı. İtkin düşən iki bacı və onlardan birinin azyaşlı övladını evdən qaçmağa vadar edən səbəblər məlum oldu.
Oxu.Az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsindən Milli.Az-a bildirilənə görə, 28 yaşlı Mürgilə Mirkərimova, 25 yaşlı bacısı Məşədibəyim Kərimova və onun azyaşlı oğlu Nəcəf Kərimli evdən bezib qaçıblar.
M.Kərimova bir müddət əvvəl ərindən boşanaraq uşağı ilə atası evinə sığınıb. Lakin son günlər atası ilə problemləri yaranıb. Böyük ehtimalla, münaqişədən bezən qadın bacısı və balasını götürərək evdən çıxıb.
10:16
Bakının Sabunçu rayonunda bir ailənin 3 nəfər üzvü itkin düşüb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, itkin düşənlər iki bacı - 28 yaşlı Mirkərimova Mürgilə, 25 yaşlı Kərimova Məsməbəyim Miryəhya qızı və sonuncunun oğlu 2 yaşlı Kərimli Nəcəf Kərim oğludur.
Sabunçu rayon polis idarəsi 13-cü polis bölməsindən verilən məlumata görə, həmin şəxslər 6 sentyabr 2014-cü il tarixində təxminən saat 12 radələrində yaşadıqları Sabunçu rayonu Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsi ev 4-dən çıxıb və bir daha geri qayıtmayıblar.