“2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Olimpiya Oyunlarına kimi paytaxtda yerləşən bütün köhnə qəzet köşkləri yeniləri ilə əvəzlənəcək”.
Oxu.Az bildirir ki, bunu AzNews.az-a açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin mətbuat xidmətin rəhbəri Əliabbas Bağırov bildirib. O vurğulayıb ki, BŞİH paytaxtda keçiriləcək bu idman yarışına kimi üzərinə düşən bütün işləri həyata keçirəcək:
“Bu məsələ də İcra Hakimiyyətinin nəzarətində saxlanılır. İndiyənə kimi müasir standartlara uyğun, şəhərin tarixi memarlıq üslubuna uyğun gələn 165 yeni qəzet köşkü Bakıya gətirilərək köhnələri ilə əvəzlənib”.
Xatırladaq ki, 2011-ci ilin sentyabrından Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun göstərişi ilə paytaxtda yeni qəzet köşkləri gətirilərək, köhnələri ilə əvəzlənir.