Qadın Krizis Mərkəzinin direktoru Mətanət Əzizovanın evində axtarış aparılması ilə əlaqədar Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
Oxu.Az xəbər verir ki, APA-nın sorğusuna cavab olaraq bildirir ki, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinin əməkdaşları Rauf Mirqədirov barəsində olan cinayət işi üzrə hüquqi qeydiyyatdan keçməyən Qadın Krizis Mərkəzinin direktoru Mətanət Əzizovanın qeydiyyatda olduğu və faktiki yaşadığı mənzildə məhkəmənin qərarı əsasında axtarış aparılıb və oradan iş üçün əhəmiyyət kəsb edən sənədlər və elektron daşıyıcılar maddi sübut kimi götürülüb.