Bakının Babək prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şahidlərinin Oxu.Az-a bildirdiklərinə görə, prospektlə yüksək sürətlə hərəkət edən “BMW” markalı 90-KR-330 dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək, yolun kənarındakı işıq dirəyinə çırpılıb.
Qəza nəticəsində işıq dirəyi aşaraq, yolun hərəkət hissəsinə düşüb. Avtomobilə ciddi ziyan dəysə də, xoşbəxtlikdən qəza nəticəsində ölən yoxdur.
Foto: Eyvaz Əhmədov
www.oxu.az