Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə bu gün saat 07:50-də qeydə alınıb.
İlkin məlumata görə, 50-BY-678 dövlət nömrə nişanlı BMW markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb.
Zərbənin təsirindən aşan işıq dirəyi yaxınlıqda olan "Chevrolet Lacetti" markalı avtomobilin üzərinə düşüb.
Hadisə nəticəsində "Chevrolet Lacetti"nin sürücüsü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12