DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi bir müddət əvvəl metronun “Qara Qarayev” stansiyasının çıxışında böyrək satılmasına dair elanlar vuran şəxsləri yaxalayıb.
DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsindən Oxu.Az-a verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində başqasına məxsus mobil telefon nömrələrini göstərməklə, bir müddət əvvəl metronun “Qara Qarayev” stansiyasının çıxışında böyrək satılmasına dair elanlar yerləşdirən Bakı şəhər sakinləri, 1997-ci il təvəllüdlü M.İ və 1995-ci il təvəllüdlü E.E saxlanılıblar.
Araşdırma zamanı onlar böyrəklərini satmaq fikrində olmadıqlarını, guya vətəndaşlarla zarafat etdiklərini və cəmiyyətin buna reaksiyasını öyrənmək niyyətində olduqlarını bildiriblər.
Həmin şəxslər əməllərindən səmimi peşmançılıq keçirib, etdikləri hərəkətlərə görə üzr istəyiblər.
Elvin Əhmədov
www.oxu.az