Prezidenti Administrasiyası ilə Gənclər və İdman Nazirliyinin iyunun 11-də saat 12:00-da “Four Seasons” otelinin “Segah” zalına təyin olunmuş birgə mətbuat konfransının vaxtı dəyişdirilib.
Prezident Administrasiyasından Oxu.Az-a daxil olan məlumata görə, tədbir saat 16:00-da başlayacaq.
Tədbirin vaxtının dəyişdirilməsi həmin gün eyni vaxtda l Avropa Oyunları Əməliyyat Komitəsinin Azərbaycana gəlmiş xarici jurnalistlər üçün mətbuat konfransı təyin etməsi ilə əlaqədardır.
Qeyd edək ki, Prezidenti Administrasiyası və Gənclər və İdman Nazirliyinin mətbuat konfransı yerli və l Avropa Oyunlarını işıqlandırmaq üçün Azərbaycana gəlmiş xarici jurnalistlərin çoxsaylı müraciətlərinə əsasən təşkil olunur. Mətbuat konfransında Azərbaycanın daxili və xarici siyasəti, ictimai-siyasi həyatı, habelə l Avropa Oyunlarına hazırlıq mərhələsi, idman yarışlarının təşkili və digər məsələlərlə bağlı jurnalistləri maraqlandıran suallar cavablandırılacaq.
9.06.2015
Azərbaycan Prezidenti Administrasiyası və Gənclər və İdman Nazirliyinin iyunun 11-də birgə mətbuat konfransı keçiriləcək.
Oxu.Az-ın məlumatına görə, saat 12:00-da “Four Seasons” otelinin “Segah” zalında keçiriləcək konfrans yerli və l Avropa Oyunlarını işıqlandırmaq üçün Azərbaycana gəlmiş xarici jurnalistlərin çoxsaylı müraciətlərinə əsasən təşkil olunur.
Mətbuat konfransında Azərbaycanın daxili və xarici siyasəti, ictimai-siyasi həyatı, habelə l Avropa Oyunlarına hazırlıq mərhələsi, idman yarışlarının təşkili və digər məsələlərlə bağlı jurnalistləri maraqlandıran suallar cavablandırılacaq.
E.Ə.
www.oxu.az