Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda COVID-19 testi mağazalarda satılır? - AÇIQLAMA
Mağazalarda koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə bağlı testlər satılır.
Bu barədə foto sosial şəbəkələrdə yayılıb.
“Hörmətli müştərilər satışda COVID-19 testi var. Qiyməti 30 manat”, – deyə qeyd edilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a bildirilib ki, ekspress testlərdən bütün dünyada istifadə olunur:
“Həmin testin dəqiqliyi PZR testləri ilə müqayisədə zəifdir”.
Qurumdan qeyd edilib ki, ev şəraitində insanların ekspress testlərdən istifadə etməsinə hər hansı qadağa qoyulmayıb:
“Bu, hər kəsin şəxsi istəyi ilə bağlıdır. Məlumat üçün bildirək ki, ümumilikdə hər hansı dərman vasitəsinin və bu cür testlərin ölkəmizə gətirilməsi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) səlahiyyətində deyil”.
İlhamə Əbülfət
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda zəcirvari qəza baş verdi: Bir maşın AŞDI
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?
- Bakıda müğənninin qızı rəfiqələrinə qoşulub evdən qaçdı
- Tullantıdan elektrik enerjisinə gedən yol - Zavoddan FOTOREPORTAJ
- Bakıda maskalı şəxs lombarda silahlı basqın edib - ANBAAN GÖRÜNTÜLƏR