Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Xətai rayonunda yaşayış binasında yanğın: Üç nəfərə tibbi xidmət göstərildi
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə aprelin 15-i saat 16:00-da Xətai rayonu, M.Hadi küçəsi ərazisindən yanğın baş verməsi səbəbilə çağırış daxil olub".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına iki təcili tibbi yardım briqadası cəlb olunub:
"Təcili tibbi yardım briqadası tərəfindən iki nəfərə arterial təzyiq, bir nəfərə isə tüstüdən zəhərlənmə səbəbi ilə yerində tibbi yardım göstərilib".
Aləmdə Nəsib
"Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub".
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, havanın küləkli olmasına baxmayaraq, nazirliyin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
"Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib", - deyə məlumatda bildirilib.

Xətai rayonu, Xudu Məmmədov küçəsi ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, sözügedən ərazidə yerləşən çoxmərtəbəli yaşayış binalarının birində baş vermiş yanğın səbəbindən qeyd olunan kəsişmədən Sadıqcan küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
"Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək", - deyə məlumatda bildirilib.
Aləmdə Nəsib
Metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Oxu.Az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar.
Hələlik yanğında xəsarət alanlar barədə məlumat yoxdur.
Aləmdə Nəsib
"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- Bakıda "Mercedes" markalı minik avtomobili yanıb
- Kürdəxanıda obyektdəki yanğın TAM SÖNDÜRÜLÜB - Əraziyə 12 yanğınsöndürən avtomobili cəlb olunub
- Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
- FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı sürücülərə müraciət edib
- Hövsanda güclü PARTLAYIŞ: "Yanğın elə güclü idi ki, uşaqlar özlərini ikinci mərtəbədən atdılar"