Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Nissan" ən populyar modellərindən birinin istehsalını azaldacaq
Yaponiyanın üçüncü ən böyük avtomobil istehsalçısı "Nissan" Prezident Donald Trampın tariflərinin təsiri ilə ABŞ-də ən çox satılan modelinin istehsalını azaldacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" öz mənbələrinə istinadən məlumat yayıb.
May-iyul aylarında avtomobil istehsalçısı Yaponiyanın cənub-qərbindəki Kyusyu şəhərindəki zavodunda "Rogue" yolsuzluq avtomobillərinin (SUV) istehsal planını 13 min ədəd azaldacaq. Bu, 2025-ci ilin birinci rübündə ABŞ-də satılan bu modelin avtomobillərinin ümumi sayının beşdə birini təşkil edir.
2024-cü ildə "Rogue" "Nissan"ın ABŞ-də ən çox satılan modeli olub. İl ərzində təxminən 246 min avtomobil satılıb ki, bu da "Nissan"n bölgədəki ümumi satışlarının dörddə birindən çoxunu təşkil edir. Şirkət bu modelləri Tennessi ştatının Smirne şəhərində də yığır.
Məlumata görə, istehsalın azaldılması qərarı "Nissan"ın ən böyük zavodunda işçilərin iş saatını azaldacağı anlamına gələcək. Bəzi günlərdə işlər tamamilə dayandırılacaq.
"Nissan" səmərəliliyi və ətraf mühitə uyğunluğu artırmağa görə optimal həllər tapmaq üçün istehsal əməliyyatlarını və təchizat zəncirini nəzərdən keçirir. Şirkət işçi qüvvəsini və istehsal imkanlarını prioritetləşdirməklə bazardakı dəyişikliklərə uyğunlaşmağa çalışdığını bildirib. Tariflər tətbiq edilməzdən əvvəl də "Nissan" qlobal istehsal gücünü 20% azaltmağı planlaşdırırdı.
"Avto-moto" teqi üzrə xəbərlər
- Köhnə avtomobil mühərrikinə hansı yağ tökülməlidir? - Mütəxəssis məsləhəti
- "Honda Motor" şirkəti Kanadadan istehsalı köçürəcəyi ilə bağlı iddialara cavab verdi
- Nadir idman avtomobili hərraca çıxarıldı
- Dünyada elektrikli və hibrid avtomobillərə tələbat artıb
- Mühərrikin qeyri-stabil işləməsinin səbəbləri