Dünən Bakıda yanğın hadisəsi qeydə alınıb.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan 2 otaqlı mənzildə yanğın baş verib.
Nəticədə mənzilin 1 otağının tavanı, ev əşyaları 20 kv.m və dəhlizdə paltar şkafı 4 kv.m sahədə yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
E.Ə.
www.oxu.az