Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda hündürmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan 4 otaqlı mənzilin 3 otağı, mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 135 kv.m sahədə yanıb.
Yanğın zamanı yuxarı mərtəbələrdən 10 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
19:33
Bakıda yaşayış binasında yanğın olub.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Tələt Şıxəliyev küçəsində qeydə alınıb.
Həmin küçədə yerləşən 16 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsindəki mənzillərdən birində meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.
Yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb.