Azərbaycanda daha bir ali məktəbin tələbələrinə şortik qadağası tətbiq edilib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “facebook” sosial şəbəkəsində məlumat yayılıb.
Belə ki, Qərb Universitetində çəkildiyi iddia olunan fotoda tələbələrə çimərlik geyimində gəlməyin qadağan edildiyi görünür:
“Universitetə çimərlik paltarlarında (vyetnamka, qısa şort, açıq top) gəlmək qadağandır!”
Qeyd edək ki, bundan əvvəl analoji xəbərdarlıq BDU və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün edilib.
