Braziliyanın Manaus şəhərində A qrupunun ikinci turunun ikinci oyununda Xorvatiya yığması Kamerunu sınağa çəkdi.
Oxu.Az xəbər verir ki, oyunun 11-ci dəqiqəsində İviça Oliç xorvatları hesabda irəli çıxartdı.
40-cı dəqiqədə isə onsuz da zəif oyun nümayiş etdirən afrikalılar azlıqda qaldılar. Aleksandr Sonq futbola yaraşmayan hərəkət etdiyinə görə birbaşa qırmızı vərəqə ilə cəzalandırıldı.
Xorvatlar oyunun ikinci yarısında bu üstünlükdən maksimum yararlandılar.
48-ci dəqiqədə İvan Perişiçin, 61 və 73-cü dəqiqələrdə isə Mario Mancukiçin qolları oyunun yekun nəticəsini müəyyən etdi. Xorvatiya 4:0 Kamerun.
İspaniya və Avstraliyanın ardınca Kamerun da vaxtından əvvəl mübarizəni dayandırdı.