Səbail rayonunun Bayıl dairəsində yeni park tikilir.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, parkın tikintisinə ötən il başlanılıb, lakin işlər bir müddət saxlanılmışdı.
Artıq tikinti aktivləşib. İşıq dirəkləri quraşdırılıb. Yeni daş örtüyü salınır. Qazon əkmək, fəvvarə, oturacaq və zibil qutuları quraşdırmaq işləri hələ də qalır. İstirahət parkında dekorativ ağaclar və kollar da əkiləcək. Bütün işlərin bu il ərzində başa çatdırılması planlaşdırılır.
İnşa olunan parkın yanında yeni yeraltı keçid tikilib və istifadəyə verilib. Bu keçid Qurban Abbasov küçəsini yeni bulvarla birləşdirir.