Bakıda intihar hadisəsi baş verib.
Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, hadisə mayın 22-də səhər saat 06:00 radələrində rayonun Pirallahı qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1977-ci il təvəllüdlü qadın yaşadığı evdə özünü asıb. Onun meyiti ailəsi tərəfindən aşkarlanıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Xəzər rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.