Uzun müddət Space telekanalında çalışan aparıcı Lətafət Ələkbərova keçmiş həyat yoldaşı ilə yaranan qalmaqaldan sonra media nümayəndələrinə səslənib.
Oxu.Az show.az-a istinadla bildirir ki, bundan sonra eks həyat yoldaşı Nicat Cəfərovla adının yanaşı çəkilməsini istəməyən aparıcı onun əslində 29 yaşı olduğunu, yalandan özünü 19 yaşlı kimi qələmə verdiyini bildirib.
“Onun “kişiyəm” deyib ortalıqda gəzməyə haqqı yoxdur” söyləyən Lətafət müğənni Nicat Cəfərovu övladı ilə maraqlanmamaqda günahlandırıb.
“Əziz saytlar! Hər zaman mənim haqqımda gözəl sözlər yazdığınız üçün hər birinizə təşəkkür edirəm. Amma xahiş edirəm, mənim keçmiş həyat yoldaşım deməyə dilim gəlmir, onun neçənci toyudur, mənə nə? Mənim adımla yazıların başlığını yazmayın. O insanın 29 yaşı var. Utanmadan deyir 19 yaşındayam. Onun hələ çox toyları olacaq. Bir insan ki, öz doğma balası ilə maraqlanmır. O insanın kişiyəm deyib ortada gəzməyə haqqı yoxdur. Bir də ki, mən böyüklük etdim, o insanın haqqında efirdə pis danışmadım. Amma bir neçə ay öncə belə bu insan yenə məni yığmışdı ki, sevirsənsə birləşək. Evimizə də gəlib gedirdi. Hətta qızım belə artıq dedi ki, mama, məni papaya vermə, o, başqa uşaqla məni gəzməyə aparır. O insanı Allah belə unudub. Sizdən son dərəcə xahiş edirəm. Daha çox yoruldum. Adımı onun adının yanında yazmayın. Bu, mənim sizdən ricamdır”.
Qeyd edək ki, Nicat Cəfərovun ilk evliliyi teleaparıcı Lətafət Ələkbərova, ikinci evliliyi isə “ML” təxəllüslü bəstəkar Lalə Məmmədova ilə olub.