Bakıda sürücü yol polisinə xəsarət yetirib.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 4-də saat 13 radələrində Nərimanov rayonunun Əhməd Rəcəbli küçəsində Bakı şəhər sakini Anar Hüseynov idarə etdiyi “BMW” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis kiçik serjantı Emin Verdiyev tərəfindən saxlanılıb və sənədlərini təqdim etməsi tələb edilib.
Polisə tabe olmayan A.Hüseynov avtomobili hərəkətə gətirərək E.Verdiyevə ayaq nahiyəsindən xəsarət yetirərək hadisə yerini tərk edib.
Polis əməkdaşına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
A.Hüseynov saxlanılıb. Araşdırmalar aparılır.
E.Ə.
www.oxu.az