Azərbaycanın paytaxtı Bakıda daha bir yol təmirə bağlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildiriblər.
Məlumata görə, Cəlil Məmmədquluzadə küçəsinin Nəsibbəy Yusifbəyli küçəsi ilə kəsişməsindən Hənifə Ələsgərov küçəsi ilə kəsişməsinə kimi olan hissəsində (cənub istiqamətdə) təmir tikinti işlərinin aparılması ilə əlaqədar olaraq yol bağlanıb.
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.