Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Ramazan ayı münasibətilə Bakıda fərqli aksiya keçirib.
Oxu.Az xəbər verir ki, iftar zamanı Mərkəzin əməkdaşları işıqforlarda dayanan sürücülərə xurma və su, əlavə olaraq isə kiçik hədiyyələr və oruc tutan sürücülər üçün tövsiyələr olan bukletlər paylayıblar.
Bu xeyriyyə aksiyası sayəsində bir çox insan sükan arxasında olduqları halda belə iftarlarını vaxtında aça biliblər. Sürücülər NİİM tərəfindən həyata keçirilən bu xeyriyyə aksiyasını yüksək qiymətləndiriblər.
Qeyd edək ki, 2011-ci ildə fəaliyyətə başlayan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin başlıca məqsədi paytaxtımızda nəqliyyat sisteminin təkmilləşdirilməsi, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsi və hərəkət marşrutlarının optimallaşdırılmasıdır.





