Bakıda itkin düşən 75 yaşlı qadın tapılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən APA-ya bildirilib ki, 1949-cu il təvəllüdlü Lyubov Nikolayevna Buşkina polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
Bakıda 75 yaşlı qadın itkin düşüb.
APA xəbər verir ki, Rusiya Federasiyası vətəndaşı Maperi Mirzəxan qızı Mirzəxanova polisə ərizə ilə müraciət edərək 1949-cu il təvəllüdlü qohumu Lyubov Nikolayevna Buşkinanın C.Naxçıvanski küçəsində yerləşən "8-ci km bazarı"nda naməlum istiqamətdə gedərək itkin düşdüyünü bildirib.
Hazırda Lyubov Nikolayevna Buşkinanın olduğu yerin müəyyən edilməsi istiqamətində axtarışlar aparılır.
Rəylər