Bakıda məktəbli intihar edib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsində baş verib. Qəsəbə sakini, 2001-ci il təvəllüdlü Məmmədov Azad Zaman oğlu yaşadığı evin dəhlizindən keçən qaz borusundan özünü asıb.
13 yaşlı oğlanın ailə üzvləri onun asılı vəziyyətdə qalan meyitini aşkar ediblər.
İntihar edən yeniyetmə orta məktəbin 7-ci sinif şagirdi imiş.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.