Bakının Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şahidlərinin Oxu.Az-a verdiyi məlumata görə, “Koroğlu” metrosu istiqamətində hərəkətdə olan 10 GB 200 dövlət nömrə nişanlı “Nissan Maxima” markalı avtomobil idarəetməni itirərək dəmir dirəyə çırpılıb.
Maşında tək olan sürücü hadisə yerindəcə keçinib.
Qəza nəticəsində avtomobil bir neçə yerə parçalanıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
17:06
Bakıda Heydər Əliyev prospektində sıxlıq yaranıb.
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Oxu.Az-a verilən məlumata əsasən, prospektdə - “Koroğlu” metrosu istiqamətində sıxlıq, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yaranıb.
NİİM sürücülərə alternativ olaraq Babək prospektindən istifadə etmələrini tövsiyə edir.