Bakıda ağır yol qəzası baş verib.
Oxu.Az-ın Lent.az-a istinadən məlumatına görə, Qaradağ rayonu ərazisində, Bakı-Ələt magistralında “VAZ” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 2 nəfər hadisə yerindəcə keçinib.
Onu da qeyd edək ki, hələlik qəzada dünyasını dəyişənlərin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Yol polisi əməkdaşları hadisə yerində iş aparır.