Bu gün səhər saatlarında Bakının Xətai rayonunda Süleyman Vəzirov, 22 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.
Oxu.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, yanğın binanın elektrik şitində qısaqapanma nəticəsində baş verib.
Binanın zirzəmisindən başlayan yanğın nəticəsində alov 16-cı mərtəbəyədək yüksəlib. Hadisə nəticəsində xəsarət alan olmayıb və sakinlərin mənzillərinə ziyan dəyməyib.
Lakin bununla belə, elektrik şitindən keçən bütün kabellər, rabitə xətləri yanaraq kül olub.
10:43
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.
Oxu.Az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər görülür.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
10:22
Bu gün səhər saatlarında Bakının Xətai rayonunda yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın baş verib.
Oxu.Az-ın məlumatına görə, yanğın binanın yuxarı mərtəbəsində baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunub.
Foto: Ülviyyə İsmayılova, Aliyə İsmayılzadə
www.oxu.az