Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, “Neft Daşları”nın 65 illiyi münasibətilə yatağın işlənməsində xidmətləri ilə əlaqədar Dövlət Neft Şirkətinin aşağıdakı işçiləri təltif ediliblər:
“Şöhrət” ordeni ilə
Abduyev Əhəd Əhməd oğlu.
“Tərəqqi” medalı ilə
Ağayev İlqar Hilal oğlu
Əfəndiyev Eldar Musa oğlu
Hacıyev Məhərrəm Məmmədyar oğlu
Musayev Mirsədir Məmməd oğlu
Yaqubov Natiq Alı oğlu.