Bakının Sabunçu rayonunda su quyusuna düşmüş inək xilas edilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus həyətyanı sahədə bir baş iribuynuzlu heyvan dərinliyi 7 metr olan su quyusuna düşüb.
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunublar.
Xilasedicilər müvafiq qaydada heyvanı xilas edərək sahibinə təhvil veriblər.
Xilasedicilərin verdiyi məlumata görə, əməliyyat 4 saata yaxın davam edib. İnək quyudan çıxarılarkən sağ olub. Amma zərbədən ağır xəsarətlər alan heyvan sahiblərinə təhvil veriləndən dərhal sonra kəsilib.