ATVxəbər.az-ın məlumatına görə, Elşad Manafov adlı şəxs saytın email-ünvanına mağazadan aldığı dovğanın fotosunu göndərib.
Oxu.Az xəbər verir ki, vətəndaşın yazdığına görə, 4-cü mkr-da yaşadığı evin həyətində yerləşən marketdən dovğa alıb və onun içindən tikan çıxıb.
O sual verir ki, “İvanovka” markası ilə satışa çıxan dovğaların gigiyenik olmamasının cəzasını kim çəkməlidir:
“Tikanı görməsəydim və o mənim boğazımda ilişib qalsaydı, sonu nə olacaqdı?”.

E.Ə.
www.oxu.az