Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda ekspress avtobuslarda sərnişin sıxlığı - VİDEO
Ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabinetinin qərarına əsasən, bir neçə istiqamət üzrə xüsusi ekspress avtobusları təşkil edilib. Lakin buna baxmayaraq, hələ də sərnişin sıxlığı müşahidə edilir.
Oxu.Az xəbər verir ki, M1 və M2 ekspress marşrut xətləri üzrə avtobuslar yalnız metro stansiyalarının çıxışlarında olan təyin olunmuş məntəqələrdə dayanır. Avtobuslar 10 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərsə də, sərnişinlərin sayı kifayət qədər çoxdur. Bu isə insanlar arasında virusa yoluxma hallarının artmasına şərait yarada bilər.
Qeyd edək ki, gündəlik xəttə çıxan avtobusların sayının sərnişin axınına uyğun olaraq tənzimlənməsi, zərurət yaranacağı halda böyüktutumlu (18 metr) avtobusların istismara buraxılacağı da nəzərdə tutulmuşdu.
Könül Cəfərli
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda erməni görsəniz, nə edərsiniz? - Sakinlər arasında maraqlı SORĞU
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
Rəylər