Park Bulvarda BMT-nın İctimai İnformasiya Departamentinin (UNDPİ) təşəbbüsü, UAFA təşkilatı və Bakcell şirkətinin təşkilatçılığı və dəstəyi ilə əlilliyi və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncəli proqram təşkil olunmuşdu.
Oxu.Az xəbər verir ki, tədbirdə 70-ə yaxın uşaq və onların valideynləri iştirak edirdi.
İlk öncə BMT İctimai İnformasiya departamentinin nümayəndəsi Zəka Quliyev çıxış edərək Ümumdünya Humanitar Yardım Günü haqda tədbir iştirakçılarına məlumat verdi.
Daha sonra UAFA təşkilatının nümayəndəsi Saleh Nəsirov əlillik haqda, əlillərə dövlətin və cəmiyyətin artan diqqəti haqda və onların cəmiyyətə inteqrasiya prossesinin daha da sürətləndirilməsi üçün atılası addımlar haqda danışıb.
O, əlillikdən heç birimizin sığotalanmadığını və hər an hər yerdə bizlərin də əlil olma riskinin mövcud olduğunu qeyd edib:
“O zaman fikirləşək - əlillər üçün yetərincə şərait yaradılmasına nail olmuşuqmu? Cəmiyyət əlilləri olduqları kimi qəbul edirmi?”.
Rəsmi hissə bitdikdən sonra uşaqlar əylənmək üçün Happy Land –ə dəvət olunublar. Bir saatdan çox əylənən uşaqların üzlərindəki təbəssüm təşkilatçılarda xoş ovqat yaradıb. 









www.oxu.az