Bakıda gənc oğlan gecə saatlarında qarşısına çıxan cütlüyü döyüb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, hadisə nəticəsində ər-arvad xəsarət alıb.
Bərdə rayon sakini, 1990-cı il təvəllüdlü Səbuhi Əliyev axşam saatlarında küçədə yaxınlaşdığı cütlüklə mübahisə edib. O, xuliqanlıq zəminində Erkin Annağıyevi və arvadı Reyhan Abbasovanı döyüb. Hadisəni törədən S.Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.