Bakıda intihara cəhd olub.
Oxu.Az xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Bakının Səbail rayonunda, Prezident Administrasiyasının yanındakı bağda qeydə alınıb.
Sumqayıt şəhər sakinləri - 39 yaşlı Elçin (soyadı dəqiqləşməyib) və onun həyat yoldaşı, 32 yaşlı Jalə Səlimova üstünə yanacaq tökərək özlərini yandırıblar. Hadisə yerində olan şəxslərin köməkliyi ilə onlar xəstəxanaya yerləşdirilib.
Polisdən həmçinin bildirilib ki, ər-arvad Sumqayıt Şəhər Məhkəməsinin qərarına etiraz olaraq bu addımı atıblar. Onların evlərinin sökülməsi ilə bağlı çıxarılmış qərardan narazı qaldıqları bildirilir.