Sakinlər Kənar Dairəvi yolun yaxınlığındakı küçənin işıqlandırılmamasından şikayətçidirlər.
Bu barədə Oxu.Az-a müraciət edən sakinlər məlumat veriblər.
Onlar bildiriblər ki, bir aydan çoxdur ki, Sədərək Ticarət Mərkəzindən Yasamal rayonu istiqamətinə gələn yolda işıqlar söndürülüb:
"Bu yol əsas sürətli yollardan biridir, işıqlandırmanın olmaması qəza risklərini də artırır", - deyə sakinlər qeyd ediblər.
Qaynar xətt:
(055) 224 12 12