Bakının Nəsimi rayonunda “Ford” markalı avtomobil yanmağa başlayıb.
Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, Bakı şəhəri, Nəsimi rayonunda “Ford” markalı yük avtomobilinin kabina hissəsi və mühərriki yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 00:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
E.Ə.
www.oxu.az